Əsas Səhifə > Azərbaycan > Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi —
Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi —25-07-2017, 12:00. |
Türkiyəli müğənni Kibariyənin Azərbaycanda kimin toyuna gəldiyi məlum olub. SİVİL.AZ xəbər verir ki, məclisin sahibi şəmkirli iş adamı Vəliyev Quludur. O, oğluna Şəmkirdə 4 gün, 4 gecə toy edib. Özəl günə Kibariyə ilə yanaşı, xalq artisti Brilliant Dadaşova, Rusiyanın məşhur qrupu “Kabriol” və başqaları dəvət alıb. Toyun aparıcıları əməkdar artist Vəfa Zeynalova və müğənni-bəstəkar Murad Arif olub. Qeyd edək ki, Q. Vəliyev Rusiyada biznes fəaliyyəti ilə məşğuldur. O, qonşu ölkədə tanınan azərbaycanlı iş adamlarından biridir. (Qafqazinfo) Geri qayıt |