Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi — FOTO + VİDEO
Tarix: 25-07-2017, 12:00
Türkiyəli müğənni Kibariyənin Azərbaycanda kimin toyuna gəldiyi məlum olub.
SİVİL.AZ xəbər verir ki, məclisin sahibi şəmkirli iş adamı Vəliyev Quludur.
O, oğluna Şəmkirdə 4 gün, 4 gecə toy edib. Özəl günə Kibariyə ilə yanaşı, xalq artisti Brilliant Dadaşova, Rusiyanın məşhur qrupu “Kabriol” və başqaları dəvət alıb.
Toyun aparıcıları əməkdar artist Vəfa Zeynalova və müğənni-bəstəkar Murad Arif olub.
Qeyd edək ki, Q. Vəliyev Rusiyada biznes fəaliyyəti ilə məşğuldur. O, qonşu ölkədə tanınan azərbaycanlı iş adamlarından biridir. (Qafqazinfo)
[gallery columns="1" size="large" ids="10771,10772,10773"]
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər