Əsas Səhifə > Azərbaycan > “Qarabağ” tarixi
“Qarabağ” tarixi15-08-2017, 22:07. |
Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində ilk oyunda Danimarkanın “Kopenhagen” komandasını məğlub edib. SİVİL.AZ-ın xəbərinə görə, Tofiq Bəhramov adına respublika stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçilərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Bütün oyun rəqibdən üstün olan ağdamlıların yeganə qolunu 25-ci dəqiqədə Mahir Mədətov vurub. Cavab qarşılaşması avqustun 23-də Kopenhagendə “Parken” arenasında baş tutacaq. Əgər bu oyunda da, “Qarabağ” sərfəli nəticə əldə etsə (ən azından uduzmasa), komandamız Azərbaycan tarixində böyük bir ilkə imza atacaq - Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək. Geri qayıt |