“Qarabağ” tarixi QƏLƏBƏ QAZANDI

Xəbərin çap versiyası
Tarix: 15-08-2017, 22:07
“Qarabağ” tarixi


Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində ilk oyunda Danimarkanın “Kopenhagen” komandasını məğlub edib.

SİVİL.AZ-ın xəbərinə görə, Tofiq Bəhramov adına respublika stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçilərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Bütün oyun rəqibdən üstün olan ağdamlıların yeganə qolunu 25-ci dəqiqədə Mahir Mədətov vurub.

Cavab qarşılaşması avqustun 23-də Kopenhagendə “Parken” arenasında baş tutacaq. Əgər bu oyunda da, “Qarabağ” sərfəli nəticə əldə etsə (ən azından uduzmasa), komandamız Azərbaycan tarixində böyük bir ilkə imza atacaq - Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz