Əsas Səhifə > Azərbaycan > "Tikim sizin ağzınızı..." -
"Tikim sizin ağzınızı..." -31-08-2017, 19:18. |
ARB telekanalında yayımlanacaq "Xalqın şairi" verilişinin münsif kürsüsündə əməkdar artist Elza Seyidcahanın yer alması birmənalı qarşılanmayıb. İzləyicilərdən bəziləri tez-tez şeirləri ilə gündəmə gələn sənətçinin münsif olması ilə razılaşmayıb. SİVİL.AZ xəbər verir ki, E.Seyidcahan onun münsif olması ilə barışmayan izləyicilərinə isə şeir həsr etməklə cavab verib. Sözügedən şeiri təqdim edirik: "Tikim, Tikim sizin ağzınızı Qırxayaq kimi. Geyim cırım corabımı Çatana kimi. Cırın, cırın. Siz də geyin, geyin, qaçın Xəyallara batana kimi. Tikim sizin ağzınızı yatana kimi". Daha sonra bəstəkar-müğənni izləyicilərinə şeirin davamını kitabdan oxumağı məsləhət görüb: "Poeziya bütövlükdə bilinməzliyə yürüşdür. Ölün, yana-yana qalın. Mən şair vətəndaşıyam". (sfera.az) Geri qayıt |