"Tikim sizin ağzınızı..." - Elza Seyidcahan onu tənqid edənlərə cavab verdi

Xəbərin çap versiyası
Tarix: 31-08-2017, 19:18
"Tikim sizin ağzınızı..." -


ARB telekanalında yayımlanacaq "Xalqın şairi" verilişinin münsif kürsüsündə əməkdar artist Elza Seyidcahanın yer alması birmənalı qarşılanmayıb. İzləyicilərdən bəziləri tez-tez şeirləri ilə gündəmə gələn sənətçinin münsif olması ilə razılaşmayıb.

SİVİL.AZ xəbər verir ki, E.Seyidcahan onun münsif olması ilə barışmayan izləyicilərinə isə şeir həsr etməklə cavab verib.

Sözügedən şeiri təqdim edirik:
"Tikim,
Tikim sizin ağzınızı
Qırxayaq kimi.
Geyim cırım corabımı
Çatana kimi.
Cırın, cırın.
Siz də geyin, geyin, qaçın
Xəyallara batana kimi.
Tikim sizin ağzınızı yatana kimi".

Daha sonra bəstəkar-müğənni izləyicilərinə şeirin davamını kitabdan oxumağı məsləhət görüb: "Poeziya bütövlükdə bilinməzliyə yürüşdür. Ölün, yana-yana qalın. Mən şair vətəndaşıyam". (sfera.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz