Əsas Səhifə > Azərbaycan > Tite Braziliya millisində rekord vurdu
Tite Braziliya millisində rekord vurdu3-09-2017, 12:00. |
Braziliya millisi 2018 DÇ seçmə mərhələsində Ekvadora qalib gəlməklə qrupda liderliyini möhkəmləndirib. Dünya çempionatına vəsiqəni bir müddət əvvəl təmin edən "pentakampeonlar" baş məşqçi Titenin rəhbərliyi altında keçirdikləri 9-cu oyunu da qələbə ilə başa vurub. SİVİL.AZ xəbər verir ki, təcrübəli mütəxəssis bununla rekorda imza atıb. Seçmə mərhələdə əvvəlki rekord ardıcıl 6 oyunda qalibiyyət idi. Bu nəticə 1970 DÇ təsnifat mərhələsində müəyyənləşdirilmişdi. Həmin vaxt Braziliyanı Joao Saldanya çalışdırırdı. Qeyd edək ki, Titenin komandası rəqiblərini 26 dəfə məyus etdiyi halda öz qapısından cəmi 2 top buraxıb. (goal.az) Geri qayıt |