Tite Braziliya millisində rekord vurdu

Xəbərin çap versiyası
Tarix: 3-09-2017, 12:00
Tite Braziliya millisində rekord vurdu


Braziliya millisi 2018 DÇ seçmə mərhələsində Ekvadora qalib gəlməklə qrupda liderliyini möhkəmləndirib. Dünya çempionatına vəsiqəni bir müddət əvvəl təmin edən "pentakampeonlar" baş məşqçi Titenin rəhbərliyi altında keçirdikləri 9-cu oyunu da qələbə ilə başa vurub.

SİVİL.AZ xəbər verir ki, təcrübəli mütəxəssis bununla rekorda imza atıb.

Seçmə mərhələdə əvvəlki rekord ardıcıl 6 oyunda qalibiyyət idi. Bu nəticə 1970 DÇ təsnifat mərhələsində müəyyənləşdirilmişdi. Həmin vaxt Braziliyanı Joao Saldanya çalışdırırdı.

Qeyd edək ki, Titenin komandası rəqiblərini 26 dəfə məyus etdiyi halda öz qapısından cəmi 2 top buraxıb. (goal.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz