Əsas Səhifə > Azərbaycan > Şirvanda Polis Şöbəsinin saxlanma yerində intihar olub
Şirvanda Polis Şöbəsinin saxlanma yerində intihar olub7-09-2017, 20:44. |
Şirvan şəhər Polis Şöbəsinin saxlanma yerində intihar hadisəsi baş verib. SİVİL.AZ-ın Mil-Muğan bürosunun məlumatına görə, bir gün əvvəl həmyerlisini bıçaqladığı üçün saxlanılan Şirvan sakini, 1989-cu il təvəllüdlü Həmidov Vüqar Məhərrəm oğlu saxlanma yerində özünə qəsd edib. İntiharın hansı şəraitdə baş verdiyi və səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Qeyd edək ki, Vüqar Həmidov münaqişə zəminində həmyerlisi, 1968-ci il təvəllüdlü Məmmədov Musa Hüseynağa oğlunu bıçaqlayıb. M. Məmmədov Şirvan şəhər xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Münaqişəyə səbəb M.Məmmədovla V.Həmidovun qardaşı, 1985-ci il təvəllüdlü Həmidov İlqar Məhərrəm oğlu arasında baş verən əlbəyaxa dava zamanı onu dəmir linglə vurması olub. Sonuncu da xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. (APA) Geri qayıt |