Şirvanda Polis Şöbəsinin saxlanma yerində intihar olub
Tarix: 7-09-2017, 20:44
Şirvan şəhər Polis Şöbəsinin saxlanma yerində intihar hadisəsi baş verib.
SİVİL.AZ-ın Mil-Muğan bürosunun məlumatına görə, bir gün əvvəl həmyerlisini bıçaqladığı üçün saxlanılan Şirvan sakini, 1989-cu il təvəllüdlü Həmidov Vüqar Məhərrəm oğlu saxlanma yerində özünə qəsd edib.
İntiharın hansı şəraitdə baş verdiyi və səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, Vüqar Həmidov münaqişə zəminində həmyerlisi, 1968-ci il təvəllüdlü Məmmədov Musa Hüseynağa oğlunu bıçaqlayıb. M. Məmmədov Şirvan şəhər xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Münaqişəyə səbəb M.Məmmədovla V.Həmidovun qardaşı, 1985-ci il təvəllüdlü Həmidov İlqar Məhərrəm oğlu arasında baş verən əlbəyaxa dava zamanı onu dəmir linglə vurması olub.
Sonuncu da xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər