Əsas Səhifə > Azərbaycan / Üst manşet > Ali Məhkəmə Rauf Mirqədirov haqqında
Ali Məhkəmə Rauf Mirqədirov haqqında3-10-2017, 14:24. |
Ali Məhkəmədə jurnalist Rauf Mirqədirov barəsindəki hökmdən verilən şikayətə baxılıb. SİVİL.AZ xəbər verir ki, vəkil Fuad Ağayev APA-ya deyib ki, şikayət təmin edilməyib. Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi jurnalistə 5 il şərti cəza təyin edib və o, məhkəmə zalından azadlığa buraxılıb. Kassasiya şikayətində Ali Məhkəmənin ona bəraət verməsi istənilib. Geri qayıt |