Ali Məhkəmə Rauf Mirqədirov haqqında QƏRAR VERDİ

Xəbərin çap versiyası
Tarix: 3-10-2017, 14:24
Ali Məhkəmə Rauf Mirqədirov haqqında


Ali Məhkəmədə jurnalist Rauf Mirqədirov barəsindəki hökmdən verilən şikayətə baxılıb.

SİVİL.AZ xəbər verir ki, vəkil Fuad Ağayev APA-ya deyib ki, şikayət təmin edilməyib.

Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi jurnalistə 5 il şərti cəza təyin edib və o, məhkəmə zalından azadlığa buraxılıb. Kassasiya şikayətində Ali Məhkəmənin ona bəraət verməsi istənilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz