Əsas Səhifə > Azərbaycan > Federer Nadala qalib gəldi
Federer Nadala qalib gəldi15-10-2017, 15:57. |
İsveçrəli Rocer Federer Peşəkar Tennisçilər Assosiasiyasının Şanxayda keçirilən turnirinin finalında dünyanın bir nömrəli raketka ustası Rafael Nadala qalib gəlib. SİVİL.AZ-ın verdiyi məlumata görə, 1 saat 13 dəqiqə davam edən görüş 6:4 və 6:3 hesabı ilə R. Federerin qələbəsi ilə başa çatıb. Bununla da R. Federer ardıcıl 5 matç R. Nadala qalib gəlib. Ümumilikdə R. Federer və R. Nadal 38 dəfə qarşılaşıb. Bu görüşlərin 15-də R. Federer, 23-də isə R. Nadal qələbə qazanıb. Tennisçilər 2017-ci ildə 4 dəfə görüşüb və bu görüşlərin hamısında R. Federer qalib gəlib. 36 yaşlı tennisçi karyerasında ikinci dəfə Şanxay turnirində qalib gəlib. (APA) Geri qayıt |