Federer Nadala qalib gəldi
Tarix: 15-10-2017, 15:57
İsveçrəli Rocer Federer Peşəkar Tennisçilər Assosiasiyasının Şanxayda keçirilən turnirinin finalında dünyanın bir nömrəli raketka ustası Rafael Nadala qalib gəlib.
SİVİL.AZ-ın verdiyi məlumata görə, 1 saat 13 dəqiqə davam edən görüş 6:4 və 6:3 hesabı ilə R. Federerin qələbəsi ilə başa çatıb.
Bununla da R. Federer ardıcıl 5 matç R. Nadala qalib gəlib. Ümumilikdə R. Federer və R. Nadal 38 dəfə qarşılaşıb. Bu görüşlərin 15-də R. Federer, 23-də isə R. Nadal qələbə qazanıb. Tennisçilər 2017-ci ildə 4 dəfə görüşüb və bu görüşlərin hamısında R. Federer qalib gəlib.
36 yaşlı tennisçi karyerasında ikinci dəfə Şanxay turnirində qalib gəlib. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər