Əsas Səhifə > Azərbaycan > Qarabağ” UEFA Gənclər Liqasında Madridin “Atletiko” komandasına qalib gəlib
Qarabağ” UEFA Gənclər Liqasında Madridin “Atletiko” komandasına qalib gəlib31-10-2017, 23:18. |
Bu gün Gənclər Liqasının Çempionlar Liqası yolunda IV turun oyunlarına start verilib. SİVİL.AZ bildirir ki, Apasport.az saytının məlumatına görə, Azərbaycan U-19 Liqasının qalibi olan “Qarabağ” II dövrədə ilk oyununa çıxıb. Buna qədər keçirdiyi 3 görüşdə böyük hesabla uduzan Ağdam təmsilçisi İspaniyada “Atletiko” ilə qarşılaşıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda “uğursuzluq zolağı”ndan çıxmağı bacarıb. Səfərdə keçirdiyi ilk turda “Çelsi”yə 0:5, ardınca ev matçlarında “Roma”ya 0:3, “Atletiko”ya 1:5 hesabı ilə uduzan “Qarabağ” rəqib meydanında 2-ci sınağında Madrid təmsilçisini minimalhesabla məğlub edib. Qarşılaşmanın 45-ci dəqiqəsində Yaroslav Dedanın vurduğu qol matçda yeganə olub. Gənclər Liqası C qrupu, IV tur 31 oktyabr "Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 0:1 Qol: Yaroslav Deda, 45 Baş hakim: Stefan Klossner Majadahonda. Siudad Deportiva Serro Del Espino Geri qayıt |