Qarabağ” UEFA Gənclər Liqasında Madridin “Atletiko” komandasına qalib gəlib

Xəbərin çap versiyası
Tarix: 31-10-2017, 23:18
Qarabağ” UEFA Gənclər Liqasında Madridin “Atletiko” komandasına qalib gəlib


Bu gün Gənclər Liqasının Çempionlar Liqası yolunda IV turun oyunlarına start verilib.

SİVİL.AZ
bildirir ki, Apasport.az saytının məlumatına görə, Azərbaycan U-19 Liqasının qalibi olan “Qarabağ” II dövrədə ilk oyununa çıxıb.

Buna qədər keçirdiyi 3 görüşdə böyük hesabla uduzan Ağdam təmsilçisi İspaniyada “Atletiko” ilə qarşılaşıb. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda “uğursuzluq zolağı”ndan çıxmağı bacarıb.

Səfərdə keçirdiyi ilk turda “Çelsi”yə 0:5, ardınca ev matçlarında “Roma”ya 0:3, “Atletiko”ya 1:5 hesabı ilə uduzan “Qarabağ” rəqib meydanında 2-ci sınağında Madrid təmsilçisini minimalhesabla məğlub edib.

Qarşılaşmanın 45-ci dəqiqəsində Yaroslav Dedanın vurduğu qol matçda yeganə olub.

Gənclər Liqası
C qrupu, IV tur
31 oktyabr

"Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Yaroslav Deda, 45

Baş hakim: Stefan Klossner
Majadahonda. Siudad Deportiva Serro Del Espino

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz