Əsas Səhifə > Azərbaycan > Polkovnik Əlövsət Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edildi
Polkovnik Əlövsət Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edildi14-03-2017, 14:26. |
Dələduzluqda təqsirləndirilən polkovnikə hökm oxunub. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. civilazerbaijan.com İstiPress-ə istinadən bildirir ki, məhkəmənin hökmü ilə Ə. Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ə. Məhərrəmov 2015-ci ilin fevralında həbs edilib. Araşdırma zamanı məlum olub ki, 90-dan çox vətəndaşa özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onları işə düzəltmək vədi verib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. Geri qayıt |