Polkovnik Əlövsət Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edildi
Tarix: 14-03-2017, 14:26
Dələduzluqda təqsirləndirilən polkovnikə hökm oxunub.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
civilazerbaijan.com İstiPress-ə istinadən bildirir ki, məhkəmənin hökmü ilə Ə. Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Ə. Məhərrəmov 2015-ci ilin fevralında həbs edilib. Araşdırma zamanı məlum olub ki, 90-dan çox vətəndaşa özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onları işə düzəltmək vədi verib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər