Əsas Səhifə > Azərbaycan > Qurban Qurbanov

Qurban Qurbanov


4-11-2017, 15:53.
title}
Qurban Qurbanov


Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsindən ayrılmaqla bağlı qərar verib.

SİVİL.AZ
-ın məlumatına görə, bu haqda qol.az saytına açıqlamasında Q. Qurbanov özü bildirib.

Qeyd edək ki, dünən Q. Qurbanov milliyə baş məşqçi təyin olunduqdan sonra onun AFFA İcraiyyə Komitəsindəki vəzifəsində qalıb-qalmayacağı maraq doğururdu.

Q. Qurbanov bildirib ki, iki işdə - milli komanda və "Qarabağ”dakı fəaliyyətinin çoxluğu ilə əlaqədar İcraiyyə Komitəsi üzvlüyündən ayrılmaqla bağlı AFFA-ya müraciət edib.

Xatırladaq ki, Q. Qurbanov 2016-cı ilin mart ayında İcraiyyə Komitəsinə üzv seçilmişdi.
Geri qayıt