Qurban Qurbanov istefa verdi
Tarix: 4-11-2017, 15:53
Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsindən ayrılmaqla bağlı qərar verib.
SİVİL.AZ-ın məlumatına görə, bu haqda qol.az saytına açıqlamasında Q. Qurbanov özü bildirib.
Qeyd edək ki, dünən Q. Qurbanov milliyə baş məşqçi təyin olunduqdan sonra onun AFFA İcraiyyə Komitəsindəki vəzifəsində qalıb-qalmayacağı maraq doğururdu.
Q. Qurbanov bildirib ki, iki işdə - milli komanda və "Qarabağ”dakı fəaliyyətinin çoxluğu ilə əlaqədar İcraiyyə Komitəsi üzvlüyündən ayrılmaqla bağlı AFFA-ya müraciət edib.
Xatırladaq ki, Q. Qurbanov 2016-cı ilin mart ayında İcraiyyə Komitəsinə üzv seçilmişdi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər