Əsas Səhifə > Azərbaycan > Həbs olunan məmurun atası danışdı -
Həbs olunan məmurun atası danışdı -6-11-2017, 11:20. |
Təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərov oğlu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbsindən danışıb. SİVİL.AZ xəbər verir ki, o, Unikal.org-a açıqlamasında bildirib ki, övladının həbsindən çox narahatdır və bunun şər-böhtan olduğunu istisna etmir: "3 gündür övladım həbs edilib. Hələlik görüşünə də icazə verilmir. Onunla bağlı heç bir məlumatım yoxdur. Yəqin ki, şər-böhtandır. Əlində, üstündə nəsə tutulmayıb ki, deyəsən, hansısa cinayət törədib?! İnanıram ki, haqq-ədalət qalib gələcək. Allah prezidentimiz İlham Əliyevi qorusun. Onun rəhbərliyi altında əyri-üyrü heç nə ola bilməz”. Geri qayıt |