Həbs olunan məmurun atası danışdı - FOTO
Tarix: 6-11-2017, 11:20
Təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərov oğlu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbsindən danışıb.
SİVİL.AZ xəbər verir ki, o, Unikal.org-a açıqlamasında bildirib ki, övladının həbsindən çox narahatdır və bunun şər-böhtan olduğunu istisna etmir: "3 gündür övladım həbs edilib. Hələlik görüşünə də icazə verilmir. Onunla bağlı heç bir məlumatım yoxdur. Yəqin ki, şər-böhtandır.
Əlində, üstündə nəsə tutulmayıb ki, deyəsən, hansısa cinayət törədib?! İnanıram ki, haqq-ədalət qalib gələcək. Allah prezidentimiz İlham Əliyevi qorusun. Onun rəhbərliyi altında əyri-üyrü heç nə ola bilməz”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər