Əsas Səhifə > Azərbaycan > İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanın cənub bölgəsində hiss olunub
İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanın cənub bölgəsində hiss olunub12-11-2017, 23:09. |
İran-İraq sərhədində baş verən güclü zəlzələ cənub bölgəsində hiss olunub. SİVİL.AZ-ın APA-ya istinadla verdiyi məlumata görə, zəlzələ 22:23-də qeydə alınıb. Zəlzələ əsasən Lənkəran və Astara rayonları ərazisində, təqribən 4 bal gücündə hiss olunub. Dağıntı və təlafat barədə məlumat yoxdur. Yeraltı təkanlar təxminən 45 saniyə davam edib. Qeyd edək ki, bu axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib. Geri qayıt |