İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanın cənub bölgəsində hiss olunub
Tarix: 12-11-2017, 23:09
İran-İraq sərhədində baş verən güclü zəlzələ cənub bölgəsində hiss olunub.
SİVİL.AZ-ın APA-ya istinadla verdiyi məlumata görə, zəlzələ 22:23-də qeydə alınıb. Zəlzələ əsasən Lənkəran və Astara rayonları ərazisində, təqribən 4 bal gücündə hiss olunub.
Dağıntı və təlafat barədə məlumat yoxdur. Yeraltı təkanlar təxminən 45 saniyə davam edib.
Qeyd edək ki, bu axşam İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər