Əsas Səhifə > Azərbaycan > Aİ-nin xüsusi nümayəndəsi Bakıya səfər edəcək
Aİ-nin xüsusi nümayəndəsi Bakıya səfər edəcək18-11-2017, 19:09. |
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın zamanlarda Bakıya səfər edəcək. SİVİL.AZ-ın xəbərinə görə, bu barədə APA-ya Avropa İttifaqının mətbuat ofisindən məlumat verilib. Bildirilir ki, T. Klaar Bakı, İrəvan və Tbilisiyə səfər etməyi planlaşdırır. Səfər Gürcüstandan başlayacaq. O gələn həftə Gürcüstanda Cenevrə Beynəlxalq Müzakirələri həmsədrlərinin hazırlıq məsləhətləşmələrində iştirak edəcək. Geri qayıt |