Aİ-nin xüsusi nümayəndəsi Bakıya səfər edəcək
Tarix: 18-11-2017, 19:09
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın zamanlarda Bakıya səfər edəcək.
SİVİL.AZ-ın xəbərinə görə, bu barədə APA-ya Avropa İttifaqının mətbuat ofisindən məlumat verilib.
Bildirilir ki, T. Klaar Bakı, İrəvan və Tbilisiyə səfər etməyi planlaşdırır. Səfər Gürcüstandan başlayacaq. O gələn həftə Gürcüstanda Cenevrə Beynəlxalq Müzakirələri həmsədrlərinin hazırlıq məsləhətləşmələrində iştirak edəcək.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər