Əsas Səhifə > Azərbaycan > Lənkəranda yeniyetmə özünü güllələdi
Lənkəranda yeniyetmə özünü güllələdi15-12-2017, 12:36. |
Lənkəranda 15 yaşlı uşaq özünü güllələyib. SİVİL.AZ bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 14-də Lənkəran rayonunun Liman şəhəri ərazisində şəhər sakini, 15 yaşlı Heydər Axundov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb və hadisə yerində ölüb. Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan tüfəng götürülüb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |