Lənkəranda yeniyetmə özünü güllələdi
Tarix: 15-12-2017, 12:36
Lənkəranda 15 yaşlı uşaq özünü güllələyib.
SİVİL.AZ bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 14-də Lənkəran rayonunun Liman şəhəri ərazisində şəhər sakini, 15 yaşlı Heydər Axundov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb və hadisə yerində ölüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər