Əsas Səhifə > Azərbaycan / Üst manşet > Tanınmış meyxanaçı reanimasiyaya yerləşdirildi
Tanınmış meyxanaçı reanimasiyaya yerləşdirildi5-04-2017, 15:51. |
Məşhur meyxanaçı Kərimin beyninə qəfil qan sızıb. SİVİL.AZ xəbər verir ki, bU barədə unikal.org-a meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib. O, bildirib ki, meyxanaçı Mərkəzi Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: "Bu hadisə keçən həftənin cümə axşamı günü baş verib. Şəhər xəstəxanalarının birində idi. Amma səhhətində heç bir irəliləyiş olmadığına görə, Mərkəzi Kliniki Xəstəxanaya gətirildi. Dayım Kərim bazar günündən reanimasiyadadır. Artıq yavaş-yavaş özünə gəlir. Bir neçə gündən sonra palataya köçürülməsi gözlənilir". Geri qayıt |