Tanınmış meyxanaçı reanimasiyaya yerləşdirildi
Tarix: 5-04-2017, 15:51
Məşhur meyxanaçı Kərimin beyninə qəfil qan sızıb.
SİVİL.AZ xəbər verir ki, bU barədə unikal.org-a meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib.
O, bildirib ki, meyxanaçı Mərkəzi Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib:
"Bu hadisə keçən həftənin cümə axşamı günü baş verib. Şəhər xəstəxanalarının birində idi. Amma səhhətində heç bir irəliləyiş olmadığına görə, Mərkəzi Kliniki Xəstəxanaya gətirildi. Dayım Kərim bazar günündən reanimasiyadadır. Artıq yavaş-yavaş özünə gəlir. Bir neçə gündən sonra palataya köçürülməsi gözlənilir".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər