Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Cəmil Həsənli exit-poll aparacaq Amerika təşkilatını etibarlı saymır -
Cəmil Həsənli exit-poll aparacaq Amerika təşkilatını etibarlı saymır -3-02-2020, 20:12. |
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri zamanı exit-poll aparacaq Amerikanın “Arthur J. Finkelstein & Associates” şirkətinin etibarlılığına şübhə edir. CivilAzerbaijan.com-un məlumatına görə, Cəmil Həsənli Facebook səhifəsində yazır ki, bu şirkət 2013-cü ildə keçirilən prezident seçkilərində də exit-poll aparıb və onun göstəriciləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlaması ilə üst-üstə düşüb. Hansı ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası seçkilərdə 58 faiz saxtakarlıq haqqında rəy verib. “ABŞ-ın “mötəbər” sayılan "Arthur J. Finkelstein & Associates" təşkilatının 2013-cü ildə MSK-nın rəsmi açıqlamasından öncə elan etdiyi “exit-poll”un nəticələrinə diqqət yetirək: İqbal Agazadə – 1.5% , Ilham Aliyev – 83.7%, Araz Alizadə – 1.2%, Hafiz Haciyev – 0.7%, Qüdrət Həsənguliyev – 1.7%, Cəmil Həsənli – 8.1%, Ilyas Ismayilov – 0.8%, Fərəc Quliyev – 0.9%, Sərdar Cəlaloğlu – 0.8%,” o qeyd edib. Cəmil Həsənli hesab edir ki, bu il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində MSK-dan öncə hakimiyyətin köhnə müştərisi olan "AJF&Associates Inc.” (əslində isə Arthur J. Finkelstein & Associates) Amerika təşkilatı 118 seçki dairəsi üzrə “exit-poll” vasitəsi ilə nəticələri təsdiq etməli, seçkilərin “etibarlılığını” artırmalı, onun ardınca MSK siyahını təsdiq etməlidir. “Sonra da bütün dünyaya car çəkəcəklər ki, bizim seçkilərin “exit-poll”unu Amerika təşkilatı aparıb və onun “dürüstlüyünə” heç bir şübhə ola bilməz. İlham Əliyevin korrupsiyası bütün dünyanı çirkaba batırıb, indi o çirkabın içindən Amerika təşkilatları da çıxır,” o yazıb. Mərkəzi Seçki Komissiyası yanvarın 27-də Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü ABŞ-ın “AJF&Associates, Inc.”təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək qurum kimi qeydə alıb. Yerli medianın məlumatına görə, bu təşkilatlar “exit-poll” respublikada 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcək. Rəsmi qurumlar, eyni zamanda Milli Şuranın sədrinin adını hallandırdığı təşkilatlar hələ məlumata münasibət bildirməyib. (AmerikanınSəsi) Geri qayıt |