Cəmil Həsənli exit-poll aparacaq Amerika təşkilatını etibarlı saymır - SƏBƏB

Xəbərin çap versiyası
Tarix: 3-02-2020, 20:12
Cəmil Həsənli exit-poll aparacaq Amerika təşkilatını etibarlı saymır -


Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri zamanı exit-poll aparacaq Amerikanın “Arthur J. Finkelstein & Associates” şirkətinin etibarlılığına şübhə edir.

CivilAzerbaijan.com
-un məlumatına görə, Cəmil Həsənli Facebook səhifəsində yazır ki, bu şirkət 2013-cü ildə keçirilən prezident seçkilərində də exit-poll aparıb və onun göstəriciləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlaması ilə üst-üstə düşüb. Hansı ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası seçkilərdə 58 faiz saxtakarlıq haqqında rəy verib.

“ABŞ-ın “mötəbər” sayılan "Arthur J. Finkelstein & Associates" təşkilatının 2013-cü ildə MSK-nın rəsmi açıqlamasından öncə elan etdiyi “exit-poll”un nəticələrinə diqqət yetirək:

İqbal Agazadə – 1.5% , Ilham Aliyev – 83.7%, Araz Alizadə – 1.2%, Hafiz Haciyev – 0.7%, Qüdrət Həsənguliyev – 1.7%, Cəmil Həsənli – 8.1%, Ilyas Ismayilov – 0.8%, Fərəc Quliyev – 0.9%, Sərdar Cəlaloğlu – 0.8%,” o qeyd edib.

Cəmil Həsənli hesab edir ki, bu il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində MSK-dan öncə hakimiyyətin köhnə müştərisi olan "AJF&Associates Inc.” (əslində isə Arthur J. Finkelstein & Associates) Amerika təşkilatı 118 seçki dairəsi üzrə “exit-poll” vasitəsi ilə nəticələri təsdiq etməli, seçkilərin “etibarlılığını” artırmalı, onun ardınca MSK siyahını təsdiq etməlidir.

“Sonra da bütün dünyaya car çəkəcəklər ki, bizim seçkilərin “exit-poll”unu Amerika təşkilatı aparıb və onun “dürüstlüyünə” heç bir şübhə ola bilməz. İlham Əliyevin korrupsiyası bütün dünyanı çirkaba batırıb, indi o çirkabın içindən Amerika təşkilatları da çıxır,” o yazıb.

Mərkəzi Seçki Komissiyası yanvarın 27-də Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü ABŞ-ın “AJF&Associates, Inc.”təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək qurum kimi qeydə alıb.

Yerli medianın məlumatına görə, bu təşkilatlar “exit-poll” respublikada 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcək.

Rəsmi qurumlar, eyni zamanda Milli Şuranın sədrinin adını hallandırdığı təşkilatlar hələ məlumata münasibət bildirməyib. (AmerikanınSəsi)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz