Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > Oqtay Əsədovun səhhəti pisləşdi: təcili xəstəxanaya yerləşdirildiyi bildirilir -
Oqtay Əsədovun səhhəti pisləşdi: təcili xəstəxanaya yerləşdirildiyi bildirilir -9-02-2020, 19:09. |
Milli Məclis fevralın 9-da guya parlamentin sədri Oqtay Əsədovun infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlari təkzib edib. “Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur”, - deyə rəsmi məlumatda qeyd olunub. *** Milli Məclisin (5-ci çağırış) spikeri, indi isə deputatlığa namizəd Oqtay Əsədovun Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyi bildirilir. CivilAzerbaijan.com "Turan"a istinadla xəbər verir ki, Əsədov fevralın 9-da, günün ikinci yarısında xəstəxanaya infarkt diaqnozu ilə yerləşdirilib. Mərkəzi Klinik Xəstəxanasından Turana bu məlumatı nə təsdiqləyib, nə də təkzib ediblər. "Bizim bu barədə məlumatımız yoxdur", - xəstəxanadan bildirilib. Geri qayıt |