Oqtay Əsədovun səhhəti pisləşdi: təcili xəstəxanaya yerləşdirildiyi bildirilir - YENİLƏNİB
Tarix: 9-02-2020, 19:09
Milli Məclis fevralın 9-da guya parlamentin sədri Oqtay Əsədovun infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlari təkzib edib.
“Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur”, - deyə rəsmi məlumatda qeyd olunub.
***
Milli Məclisin (5-ci çağırış) spikeri, indi isə deputatlığa namizəd Oqtay Əsədovun Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyi bildirilir.
CivilAzerbaijan.com "Turan"a istinadla xəbər verir ki, Əsədov fevralın 9-da, günün ikinci yarısında xəstəxanaya infarkt diaqnozu ilə yerləşdirilib.
Mərkəzi Klinik Xəstəxanasından Turana bu məlumatı nə təsdiqləyib, nə də təkzib ediblər. "Bizim bu barədə məlumatımız yoxdur", - xəstəxanadan bildirilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər