Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > Polis Mustafa Hacıbəylidən döyülmə faktını təkzib etməyi tələb edir
Polis Mustafa Hacıbəylidən döyülmə faktını təkzib etməyi tələb edir12-02-2020, 22:31. |
Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri və “Basta” saytının redaktoru Mustafa Hacıbəyli fevralın 12-də Binəqədi Rayon Polis İdarəsinə çağırılıb. CivilAzerbaijan.com-un məlumatına görə, M.Hacıbəyli Turan-a bildirib ki, onu idarənin rəis müavini qəbul edib. “O, mənə dedi ki, orada-burada yazırsan ki, polis tərəfindən sənə zorakılıq olub. Elə hal olmayıb və polis sənə təzyiq göstərməyib”, - M.Hacıbəyli danışıb. 10 dəqiqədən sonra onu sərbəst buraxıblar. Xatırladaq ki, fevralın 11-də MSK-nın qarşısında mitinq zamanı M.Hacıbəyli döyülərək saxlanılıb və Binəqədi rayonu 5-ci polis bölməsinə aparılıb. Orada hüquq pozuntusuna yol verməsi barədə protokol imzalamağa məcbur ediblər. Bundan öncə üç polis işçisi onu polisə apararkən yolda maşında döyüblər. Geri qayıt |