Polis Mustafa Hacıbəylidən döyülmə faktını təkzib etməyi tələb edir

Xəbərin çap versiyası
Tarix: 12-02-2020, 22:31
Polis Mustafa Hacıbəylidən döyülmə faktını təkzib etməyi tələb edir


Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri və “Basta” saytının redaktoru Mustafa Hacıbəyli fevralın 12-də Binəqədi Rayon Polis İdarəsinə çağırılıb.

CivilAzerbaijan.com
-un məlumatına görə, M.Hacıbəyli Turan-a bildirib ki, onu idarənin rəis müavini qəbul edib. “O, mənə dedi ki, orada-burada yazırsan ki, polis tərəfindən sənə zorakılıq olub. Elə hal olmayıb və polis sənə təzyiq göstərməyib”, - M.Hacıbəyli danışıb.

Polis Mustafa Hacıbəylidən döyülmə faktını təkzib etməyi tələb edir


10 dəqiqədən sonra onu sərbəst buraxıblar.

Xatırladaq ki, fevralın 11-də MSK-nın qarşısında mitinq zamanı M.Hacıbəyli döyülərək saxlanılıb və Binəqədi rayonu 5-ci polis bölməsinə aparılıb. Orada hüquq pozuntusuna yol verməsi barədə protokol imzalamağa məcbur ediblər. Bundan öncə üç polis işçisi onu polisə apararkən yolda maşında döyüblər.

Polis Mustafa Hacıbəylidən döyülmə faktını təkzib etməyi tələb edir


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz