Əsas Səhifə > Azərbaycan / Manşet / Üst manşet > İsgəndər Həmidov vəfat edib
İsgəndər Həmidov vəfat edib26-02-2020, 13:09. |
Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov bu gün, fevralın 26-sı səhər saatlarında müalicə aldığı «City Hospital» klinikasında vəfat edib. CivilAzerbaijan.com-un məlumatına görə, bu barədə tibb sahəsi üzrə professor Adil Qeybulla bildirib. Keçmiş daxili işlər naziri bir müddət idi ki, komada idi. İsgəndər Həmidov 1948-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib. 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olub. O, 1992-1993-cü illərdə Azərbaycanın Daxili işlər naziri vəzifəsində işləyib. Sabiq nazir 1995-ci ildə 14 il azadlıqdan məhrum edilib. Ona qarşı 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusun həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktoru Zərdüşt Əlizadəni döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları irəli sürülmüşdü. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb. Geri qayıt |