İsgəndər Həmidov vəfat edib
Tarix: 26-02-2020, 13:09
Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov bu gün, fevralın 26-sı səhər saatlarında müalicə aldığı «City Hospital» klinikasında vəfat edib.
CivilAzerbaijan.com-un məlumatına görə, bu barədə tibb sahəsi üzrə professor Adil Qeybulla bildirib.
Keçmiş daxili işlər naziri bir müddət idi ki, komada idi.
İsgəndər Həmidov 1948-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib. 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olub.
O, 1992-1993-cü illərdə Azərbaycanın Daxili işlər naziri vəzifəsində işləyib.
Sabiq nazir 1995-ci ildə 14 il azadlıqdan məhrum edilib. Ona qarşı 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusun həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktoru Zərdüşt Əlizadəni döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları irəli sürülmüşdü. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər