Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > AXCP sədri Əli Kərimlinin mühafizəçisinin saxlandığı deyilir

AXCP sədri Əli Kərimlinin mühafizəçisinin saxlandığı deyilir


28-05-2020, 18:55.
title}
AXCP sədri Əli Kərimlinin mühafizəçisinin saxlandığı deyilir


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olan Ruslan Əmirovun saxlandığı deyilir.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə AXCP-dən məlumat verilib.

Məlumata görə, R.Əmirov Masallı rayonunda saxlanıb: "Günorta saatlarında onu paltar bazarında sahə müvəkkilinin maşınına mindiriləndə görüblər. Bundan sonra Ruslan Əmirovla əlaqə saxlamaq mümkün olmayıb. Çox güman ki, həbs edilib".

Partiyada hesab edirlər ki, bu, AXCP-nin fəaliyyəti və son vaxtlar partiya fəallarına qarşı təzyiq kampaniyası ilə bağlıdır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

R.Əmirov daha öncə də - aprelin 9-da azyaşlı övladını həkimə apararkən saxlanmış və həmin gün İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 30 sutka inzibati qaydada həbs olunmuşdu.
Geri qayıt