AXCP sədri Əli Kərimlinin mühafizəçisinin saxlandığı deyilir
Tarix: 28-05-2020, 18:55
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olan Ruslan Əmirovun saxlandığı deyilir.
CivilAzerbaijan.com bildirir ki, bu barədə AXCP-dən məlumat verilib.
Məlumata görə, R.Əmirov Masallı rayonunda saxlanıb: "Günorta saatlarında onu paltar bazarında sahə müvəkkilinin maşınına mindiriləndə görüblər. Bundan sonra Ruslan Əmirovla əlaqə saxlamaq mümkün olmayıb. Çox güman ki, həbs edilib".
Partiyada hesab edirlər ki, bu, AXCP-nin fəaliyyəti və son vaxtlar partiya fəallarına qarşı təzyiq kampaniyası ilə bağlıdır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
R.Əmirov daha öncə də - aprelin 9-da azyaşlı övladını həkimə apararkən saxlanmış və həmin gün İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 30 sutka inzibati qaydada həbs olunmuşdu.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər