Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Ermənistan atəşkəs haqqında razılaşmanı pozub

Ermənistan atəşkəs haqqında razılaşmanı pozub


10-10-2020, 14:05.
title}
Ermənistan atəşkəs haqqında razılaşmanı pozub


“Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib”.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

“Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalır.

Düşmənin bütün hücum cəhdlərinin qarşısı bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür”, deyə məlumatda bildirilir.

Hərbi idarə başqa bir məlumatda Ağdam və Tərtər rayonlarında yaşayış məntəqələrinin atəşə tutulduğunu qeyd edib.
Geri qayıt