Ermənistan atəşkəs haqqında razılaşmanı pozub
Tarix: 10-10-2020, 14:05
“Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib”.
CivilAzerbaijan.com bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalır.
Düşmənin bütün hücum cəhdlərinin qarşısı bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür”, deyə məlumatda bildirilir.
Hərbi idarə başqa bir məlumatda Ağdam və Tərtər rayonlarında yaşayış məntəqələrinin atəşə tutulduğunu qeyd edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər