Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Kəlbəcərin təhvil verilməsi tarixi dəyişdirilib
Kəlbəcərin təhvil verilməsi tarixi dəyişdirilib15-11-2020, 15:42. |
Kəlbəcər rayonun tam boşaldılaraq, Azərbaycana təhvil verilməsi noyabrın 25-nə qaldı. CivilAzerbaijan.com bildirir ki, bu barədə bu gün, noyabrın 15-də keçirdiyi brifinqdə prezidentin köməkçisi Hikmət Hacıyev danışıb. Onun sözlərinə görə, bununla bağlı dünən, noyabrın 14-də Rusiya prezidenti Azərbaycan prezidenti ilə telefon danışığında Ermənistan tərəfinin müraciətini çatdırıb. Halbuki, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından yayılan atəşkəs bəyanatına görə, Kəlbəcər rayonu noyabrın 15-nə, Ağdam rayonu 20-nə, Laçın rayonu isə dekabrın 1-nə kimi boşaldılmalı idi. AzadlıqRadiosu xəbər verir ki, Hikmət Hacıyevin sözlərinə görə, bu məsələdə razılıq əldə edilib və o bunu humanizimlə izah elədi: “Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”. Onun vurğulamasına görə, Ağdam və Laçın rayonu ilə bağlı qarafik dəyişmir. Geri qayıt |