Kəlbəcərin təhvil verilməsi tarixi dəyişdirilib
Tarix: 15-11-2020, 15:42
Kəlbəcər rayonun tam boşaldılaraq, Azərbaycana təhvil verilməsi noyabrın 25-nə qaldı.
CivilAzerbaijan.com bildirir ki, bu barədə bu gün, noyabrın 15-də keçirdiyi brifinqdə prezidentin köməkçisi Hikmət Hacıyev danışıb. Onun sözlərinə görə, bununla bağlı dünən, noyabrın 14-də Rusiya prezidenti Azərbaycan prezidenti ilə telefon danışığında Ermənistan tərəfinin müraciətini çatdırıb.
Halbuki, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından yayılan atəşkəs bəyanatına görə, Kəlbəcər rayonu noyabrın 15-nə, Ağdam rayonu 20-nə, Laçın rayonu isə dekabrın 1-nə kimi boşaldılmalı idi.
AzadlıqRadiosu xəbər verir ki, Hikmət Hacıyevin sözlərinə görə, bu məsələdə razılıq əldə edilib və o bunu humanizimlə izah elədi:
“Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”.
Onun vurğulamasına görə, Ağdam və Laçın rayonu ilə bağlı qarafik dəyişmir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər