Əsas Səhifə > Azərbaycan / Video / Manşet / Üst manşet > Bu şəxs Qarabağda döyüşlərdə iştiraka görə DTX tərəfindən həbs edildi -
Bu şəxs Qarabağda döyüşlərdə iştiraka görə DTX tərəfindən həbs edildi -2-12-2020, 21:54. |
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) livanlı muzdlu terrorçunu cinayət məsuliyyətinə cəlb edib. CivilAzerbaijan.com bildirir ki, bu barədə dekabrın 2-də DTX İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat verib. Əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilib ki, Livan vətəndaşları: Viken Eulcekçian və Hovak Kikiyan digər xarici ölkələrin vətəndaşları ilə birlikdə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatlarda muzdlu kimi iştirak ediblər. Azərbaycan DTX-də başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan CM-in 114.3-cü (muzdluluq), 214.2.1-ci və 241.2.3-cü (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Əməliyyat-axtarış tədbirləri davam edir. Geri qayıt |