Bu şəxs Qarabağda döyüşlərdə iştiraka görə DTX tərəfindən həbs edildi - VİDEO
Tarix: 2-12-2020, 21:54
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) livanlı muzdlu terrorçunu cinayət məsuliyyətinə cəlb edib.
CivilAzerbaijan.com bildirir ki, bu barədə dekabrın 2-də DTX İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat verib.
Əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilib ki, Livan vətəndaşları: Viken Eulcekçian və Hovak Kikiyan digər xarici ölkələrin vətəndaşları ilə birlikdə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatlarda muzdlu kimi iştirak ediblər.
Azərbaycan DTX-də başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan CM-in 114.3-cü (muzdluluq), 214.2.1-ci və 241.2.3-cü (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Əməliyyat-axtarış tədbirləri davam edir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər