Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Qiyas İbrahimov Türkiyədən deportasiya edilib
Qiyas İbrahimov Türkiyədən deportasiya edilib21-04-2021, 20:19. |
Siyasi fəal Qiyas İbrahimov Türkiyədən deportasiya edilib. CivilAzerbaijan.com bildirir ki, bu barədə Qiyas İbrahimov özü məlumat yayıb. O, aprelin 16-da Türkiyədən sərhədi keçəndə 1 saat saxlanıldığını bildirib: "Mənə dedilər ki, 1 illik icazən ləğv olunub, gedəndə konsulluğa baş vurmamış qayıtma. Bu gün, aprelin 21-də zəng vurdum, cavab verdilər ki, müddətsiz deportasiya olunmusan". Türkiyənin Bakıdakı səfirliyindən Meydan TV-yə deyiblər ki, Qiyas İbrahimovun deportasiya olunmasından məlumatsızdırlar: "Hər halda adamın özü səbəbi bilməlidir, biz bilmirik". Qiyas İbrahimov 2016-cı ilin mayında mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” şüarı yazandan bir gün sonra külli miqdarda narkotik ittihamıyla həbs olunaraq, 10 il azadlıqdan məhrum edilib. O, 2019-cu ilin martında ölkə başçısının əfv sərəncamı ilə azadlığa buraxılıb. Q.İbrahimov özünü təqsirli bilmir, heykələ şüar yazdığına görə həbs olunduğunu deyirdi. Meydan TV-nin məlumatına görə, beynəlxalq insan haqları təşkilatı da onun həbsinin siyasi motivli olduğunu bəyan edərək, Q.İbrahimovu “vicdan məhbusu” adlandırmışdı. Geri qayıt |