Əsas Səhifə > Azərbaycan / Melange / Manşet / Üst manşet > Mərkəzi Seçki Komissiyasının yeni tərkibi -
Mərkəzi Seçki Komissiyasının yeni tərkibi -27-04-2021, 16:05. |
Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb. CivilAzerbaijan.com bildirir ki, müzakirələrdən sonra Milli Məclis tərəfindən MSK-nın tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsi qəbul edilib. Bununla da MSK-nın yeni tərkibi formalaşdırılıb, ehtiyat üzvləri təsdiqlənib. Milli Məclisdə çoxluq təşkil edən hakim partiyanı - Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edəcək üzvllər aşağıdakılardır: Məzahir Pənahov Rövzət Qasımov Hüseyn Paşayev Şaitdin Əliyev Ramiz İbrahimov Validə Kazımova Surəddin Hümbətov (ehtiyat üzv) Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarının (bitərəf) MSK üzvləri aşağıdakılardır: İlham Məmmədov Nizami Nadirxanlı Fuad Cavadov Qabil Orucov Arifə Muxtarova Nailə Əsgərova Aydın Muradov (ehtiyat üzv) Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK üzvləri aşağıdakılardır: Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov Niyaməddin Orduxan (ehtiyat üzv). Qeyd edək ki, bu gün, aprelin 27-də Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib. Geri qayıt |