Mərkəzi Seçki Komissiyasının yeni tərkibi - SİYAHI

Xəbərin çap versiyası
Tarix: 27-04-2021, 16:05
Mərkəzi Seçki Komissiyasının yeni tərkibi -


Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

CivilAzerbaijan.com
bildirir ki, müzakirələrdən sonra Milli Məclis tərəfindən MSK-nın tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsi qəbul edilib.

Bununla da MSK-nın yeni tərkibi formalaşdırılıb, ehtiyat üzvləri təsdiqlənib.

Milli Məclisdə çoxluq təşkil edən hakim partiyanı - Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edəcək üzvllər aşağıdakılardır:

Məzahir Pənahov
Rövzət Qasımov
Hüseyn Paşayev
Şaitdin Əliyev
Ramiz İbrahimov
Validə Kazımova
Surəddin Hümbətov
(ehtiyat üzv)

Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarının (bitərəf) MSK üzvləri aşağıdakılardır:

İlham Məmmədov
Nizami Nadirxanlı
Fuad Cavadov
Qabil Orucov
Arifə Muxtarova
Nailə Əsgərova
Aydın Muradov
(ehtiyat üzv)

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK üzvləri aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov
Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı
Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov
Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov
Niyaməddin Orduxan (ehtiyat üzv).


Qeyd edək ki, bu gün, aprelin 27-də Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz