Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Azərbaycan quru sərhədlərini açır? - RƏSMİ AÇIQLAMA
Azərbaycan quru sərhədlərini açır? - RƏSMİ AÇIQLAMA26-07-2021, 17:40. |
"Azərbaycan hakimiyyəti quru sərhədlərinin açılması məsələsinə baxmır". CivilAzerbaijan.com bildirir ki, bu barədə iyulun 26-da brifinqdə ölkə prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib. O həmçinin bildirib ki, sağlamlıq vəziyyətinə görə peyvənd oluna bilməyən şəxslərə müvafiq sertifikat veriləcək. Bunlara hamilə və körpə əmizdirən qadınlar və digər şəxslər daxildir. Onların siyahısını Səhiyyə Nazirliyinin komissiyası müəyyən edəcək. İstirahət günlərində ictimai nəqliyyatın işinə gəlincə, bu məhdudiyyət yaxın vaxtlarda aradan qaldırılmayacaq. Mövsümovun sözlərinə görə, koronavirusa yoluxmanın artmasının səbəblərindən biri insanların fəallığıdır ki, ictimai nəqliyyat buna şərait yaradır. Geri qayıt |